Valideynləri boşandı, uşağı satdılar

Çində oğlan uşağı bir müddət baba və nənəsi ilə yaşayıb. Lakin sonra valideynləri onu götürüb və uşaq yoxa çıxıb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, oğlanın yeri ilə bağlı onlar susublar. Sonra atası Xao narkotik satdığına görə həbsxanaya düşüb. Bundan sonra dəhşətli həqiqət üzə çıxıb.

 

Uşağın valideynləri onu naməlum ərlə-arvada 120 min yuana satıblar. Aldıqları pulu isə aralarında bölüşüblər. Onlar ayrılmaq qərarına gəliblər və heç kim uşağı böyütmək istəməyib.

 

Sevimli nəvəni itirən baba və nənə həyəcan təbili çalıb. Onlar polisə müraciət edəndən sonra axtarış başlayıb. Nəticədə oğlanı geri qaytarmaq mümkün olub.

 

Xaonu qonşu Anxae şəhərində Su soyadlı ər-arvadın yanında aşkar ediblər. Onlar söyləyiblər ki, uzun müddət uşaqları olmadığından oğlanı pulla alıblar. Kişi və qadın həbs olunub, onlar hazırda istintaq altındadır. Hüquq-mühafizə orqanları isə uşağın bioloji valideynlərini axtarır. 

 

Çin qanunlarına müvafiq olaraq qadın və uşaq alveri ilə məşğul olanları 5 ildən 10 ilədək həbs gözləyir. Bundan əlavə, belə cinayəti törədənlərə ömürlük azadlıqdan məhrumetmə, yaxud ölüm hökmü cəzası da çıxarıla bilər.

 

 

 

(Visited 39 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir