Zeytun xərçəngi öldürmək gücündədir – ALİMLƏR

Zeytun həmişə son dərəcə faydalı məhsul hesab edilib. Ancaq alimlər yalnız indi zeytunun daha bir unikal xüsusiyyətini tapıblar.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Barselona Universitetinin alimləri müəyyən ediblər ki, zeytun xərçəngi öldürməyə qadirdir.

 

İspaniyalı alimlər qeyd ediblər ki, zeytun onkoloji xəstəliklərlə mübarizədə demək olar əvəzolunmazdır. Mütəxəssislər öz tədqiqatları zamanı sübut ediblər ki, bu məhsul xərçəngin çox növünün – xüsusilə yoğun bağırsaq və qadınların döşlərindəki onkoloji xəstəliklərin inkişafının qarşısını almağa qadirdir.

 

Zeytun sehrli effekti onun qabığında var. Orada xırçəng hüceyrələrini məhv etməyə və şişin inkişafını saxlamağa qadir olan təxminən 80 faizə qədər zeytun turşuları var.  Bundan əlavə, zeytun E vitamini ilə zəngindir və o beyinin və ağ ciyərin işinə müsbət təsir göstərir.

 

Qeyd edək ki, zeytun kalium, fosfor, şəkər, pektin, B,C, E vitaminləri, kalium duzu, fosfor, dəmir ilə zəngindir. Zeytundan gündəlik istifadə ürək-damar sistemi xəstəlikləri, stenokardin, infarkt, xərçəng riskini aşağı salır.

 

(Visited 101 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir