Südü zəncəfil ilə içməyin inanılmaz faydaları

Zəncəfil çox xeyirli məhsuldur. Bu məşhur ədviyyat antioksidant xüsusiyyətlərə malikdir, süd isə, məlum olduğu kimi, kalsiumla zəngindir. Bu iki məhsul birlikdə orqanizm üçün əsl “bomba sağlamlıq”  deməkdir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, hindular bu vəhdəti “qızıl süd” adlandırırlar. O nə ilə faydalıdır?

 

Öskürək, angina və kəskin respirator xəstəlikləri

 

Virus əleyhinə və antibakterial xüsusiyyətləri sayəsində “qızıl süd” xəstəliklərin simptomlarını tez asanlaşdırır, eləcə də bəlğəmdən təmizlənməsini təmin edir.

 

Həzmlə bağlı problemlər

 

“Sehrli” içki mədə pozğunluğunun, mədə xorası və ishalın qarşısını almağa kömək edir, güclü antiseptikdir.

 

Yuxusuzluq

 

“Qızıl süd”ün tərkibində triptofan – amin turşuları yüksəkdir və yuxunu möhkəm və sakit etməyə kömək edir.  

 

Altsheymerin profilaktikası

 

Əgər gündəlik rasionunuza bir stəkan zəncəfilli süd daxil etsəniz, xəstənin vəziyyətinin yaxşılaşması və hətta xəstəliyin inkişafını azaldır.

 

Əzələlərdə və oynaqlarda ağrılar

 

Zəncəfil artritin müalicəsində özünü çox əla göstərib, eləcə əzələlərdə və oynaqlardakı ağrıları azaltmaq xüsusiyyəti ilə məlumdur.

 

Onkololi xəstəliklər

 

Zəncəfili süd orqanizmi bədxassəli xəstəliklərin inkişafından qoruyur. İçki DNT xərçəng hüseyrələrinin zədələnməsinin qarşısını alır və hətta şişin artmasının qarşısını alır. “Qəzəl süd” həmçinin kimya terapiyasının kənar əlamətlərini azaldır.

 

Əlbəttə, zəncəfilli süd bu və digər xəstəliklərin tam məlhəmi deyil. Bundan əlavə, içkinin tətbiqi bir sıra əks təsirlərə də gətirib çıxara bilər.

 

Məsələn, zəncəfili hamilə qadınların içməsi məsləhət görülmür. Çünki bu, uşaqlıq divarlarının daralmasına səbəb ola bilər. “Qızıl südü” allergiya mütəxəssisləri ilə məsləhətləşmədən içmək də tövsiyə olunmur. Bundan başqa, hər hansı dərman qəbul edən insanlar da bu içkini içməməlidir.

 

(Visited 193 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir