Acanda nanə qoxulayın

Bir sıra məlumatlardan istifadə edərək sürətli və təsirli bir şəkildə çəki verə bilərsiniz.

 

Medpress.az xarici mətbuiata istinadla çəki verməyinizi təmin edəcək o üsulları təqdim edir. Araşdırmalar, yemək gündəliyi tutan insanların tutmayanlara görə 15 faiz daha az yemək yediyini ortaya çıxarıb. Bu səbəblə yediyinizi qeyd etmək, çəki verməyiniz üçün son dərəcə təsirli bir yoldur. Gün ərzində nələr yediyinizi görmək, sizi növbəti yeməyə psixoloji olaraq hazırlayır.

 

Suyu mərkəzə qoyun

 

Ətirli bir şey içmək istəyirsinizsə, bunun üçün qəhvəaltında təzə sıxılmış portağal şirəsindən faydalanın. Ancaq 1 stəkandan çox içməyin. Günün qalanında bol su içməyə diqqət yetirin. Müntəzəm içilən su, aclıq hissini boğub kalori qəbulunu azaldır.

 

Üç tikə daha az yeyin

 

Hər dəfədə 3 tikə daha az yemək yeməyə diqqət yetirin. 3 tikə kimi görünsə də, əslində bu kalori miqdarını il ilə topladıqda bol kalori qazancı etmiş olacaqsınız. Beləliklə, çox insanın ildə aldığı 2,3 kilo sizə təsir etməyəcək.

 

Acanda banan, alma və nanə qoxulayın

 

Çikaqodakı Qoxu, Dad Müalicə və Araşdırma Fondunun Nevroloji direktoru Alan R. Hirsch, bu üsulu 3 min könüllü üzərində yoxlayıb. Araşdırmaya qatılanlar hər aclıq keçirəndə bu məhsullardan birini iyləyib qidalanmalarına diqqət edərək, ildə təxminən 10 kiloqram itiriblər.

 

Axşam yeməyinizi mavi boşqablarda süfrəyə qoyun

 

Mavi rəng, iştaha kəsici funksiya daşıyır. Elə isə mavi boşqablarda yeməyinizi gətizdirər, stolun üstünə mavi rəngli sürfə sərə bilərsiniz. Buna qarşılıq yemək ərazinizdə qırmızı, sarı və narıncı rəngdən çəkinin. Araşdırmalar bu rənglərin yemək yeməyə təşviq etdiklərini göstərir.

 

2 saatdan bir 5 dəqiqə gəzin

 

Bütün gün masa başında oturursunuz? Hər 2 saatdan bir 5 dəqiqəlik bir templi yeriş, günün sonunda 20 dəqiqəlik xüsusi bir yürüşə dönəcəkdir. Beləliklə, gündəlik hərəkətinizin bir qismini daha ofisdə görmüş olacaqsınız.

 

 

(Visited 64 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir