Çində bir qadın sağlam olmaq məqsədilə bədəninə şprislə meyvə suyu yeritdiyi üçün ölümdən dönüb.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, beş gün ağır vəziyyətdə qalan 51 yaşındakı qadının qaraciyər, böyrək, ürək və ağ ciyərində böyük problem meydana gəldiyi bildirilib.
Hunan bölgəsindəki Xiangnan Universitet Xəstəxanasında çalışan bir adam BBC-yə verdiyi açıqlamasında, yeridilən mayenin 20 növ meyvə suyundan ibarət olduğunu söyləyib.
Qadının meyvə suyunu şprisə yığdıqdan sonra dəridə qaşınma və yüksək atəş əlamətləri göstərdiyi ortaya çıxıb.
Fevralın 22-dən intensiv nəzarətə alınan qadın daha sonra xəstəxanada normal palataya köçürülüb.