Çörək otunu balla qarışdırdıqda…

Əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən çörək otunu tibbin atası sayılan Hippokrat da bir çox xəstəliyin müalicəsində istifadə edib. Xüsusilə qaraciyəri gücləndirmək üçün çörək otundan istifadə edib. Təbiətin bizə hədiyyə olaraq təqdim etdiyi çörək otunu bir də təbii bal ilə istifadə etdikdə ortaya çıxan möcüzəvi təsirlərdən fayda görə bilərsiniz.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, çörək otu və bal, tək istifadə edildikdə da faydaları saymaqla bitmir. Alternativ tibbin iki mühüm mənbəyi olan təbii materiallar, demək olar ki, ölümdən başqa hər dərdə dərmandır! Xüsusilə çörək otu, əsrlər boyu mühüm şəxslər tərəfindən istifadə edilib. İbn Sina çörək otunun yorğunluğa yaxşı təsir göstərdiyini və metabolizmə təkan verməsindən bəhs edib.

 

Ölümdən başqa hər dərdə dərman olaraq anılan bu əla ot, təbii bal ilə istifadə edildikdə bir çox dərdə dərman olacaq.

 

* Antibiotik xüsusiyyəti olan bal ilə qarışdırdıqda qripə qarşı qorumanı təmin edir, orqanizmin müqavimətini artırır.

 

* Xüsusilə qadınlarda görülən sidik yolu infeksiyalarına qarşı təsirlidir.

 

* Yaraların sürətli bir şəkildə yaxşılaşmasına yardımçı olur.

 

* Cinsi həyata müsbət töhfə verir.

 

* Müntəzəm istifadə edildikdə stressi aradan qaldırır.

 

* Bədən ağrılarına qarşı müqavimət göstərir.

 

 

 

(Visited 438 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir