Bu ölkədə həkimlərin yarısı xəstədir

Türkiyə miqyasında min həkimlə internet üzərindən aparılan anket nəticələrinə görə, həkimlərin 44,5 faizində yüksək təzyiq, 16,5 faizində koronar ürək xəstəlikləri, 10,4 faizində diabet və 3,8 faizində isə xərçəng xəstəliyi olduğu ortaya çıxıb.

 

Medpress.az Türkiyə mediasına istinadən bildirir ki, Sorğu barədə məlumat verən Daxili Xəstəliklər və Xalq Sağlamlığı mütəxəssisi doktor M.Emin Dinççağ, 14 mart Tibb Bayramı yaxınlaşanda hər il keçirdikləri həkimlərin sağlamlıq vəziyyətləri ilə bağlı anket sorğusu ilə bu il də parlaq nəticələrə nail olduqlarını söyləyib.

 

Hər yaşdan, qadın-kişi ayırmadan, təsadüfi üsulla min həkimə internet mühitində, yüksək təzyiq, koronar ürək xəstəliyi, diabet, xərçəng və digər variantların olduğu suallar verdiklərini söyləyən doktor Dinççağ deyib: “Min həkim üzərində aparılan anket çalışmasında, həkimlərin təxminən 44,5 faizində yüksək təzyiq müəyyən edilib. Yəni təxminən hər iki həkimdən birində təzyiq yüksəkliyi var. Yenə həkimlərin 16,5 faizində koronar ürək xəstəlikləri, 10,4 faizində isə diabet olduğu məlum olub”.

 

Stress və çətin bir peşə olan həkimlərin iş yükü, iş şəraitləri, işindəki stress səbəbindən bu sağlamlıq problemləri ilə daha çox sahib olacaqlarını düşünüldüyünü bildirən doktor Dinççağ əlavə edib: “Yenə işdə hipotiroidi, bel qrijası, depressiya ən çox təsadüf edilən digər sağlamlıq problemlərin də olduğu görüldü. Aparılan anket sorğusunda həkimlərin 3,8 faizində xərçəng xəstəliyi aşkar edilərkən MS və polinöropati adı verilən sinir narahatlıqları da cəmiyyətdəki ilə eyni nisbətdə müəyyən edilib”.

 

Doktor Dinççağın sözlərinə görə, həkimlərin yalnız 14.9 faizində hər hansı bir sağlamlıq problemi yoxdur. Həkimlik kimi stressin, iş riskinin, rəqabətin, müalicə nəticələrinin qeyri-müəyyənliyin çox yaşandığı ixtisas qrupunda yüksək təzyiq və ürək -damar xəstəliklərinin yüksək səviyyədə görülməsi gözlənilən bir vəziyyətdir. Onun fikrincə,  bu risk və səhiyyə problemlərini həkimlərin necə həll edəcəkləri ilə bağlı fərdi səylərdən başqa, təşkilati bir cəhdlər yoxdur.

 

 

(Visited 150 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir