6 yaşlı əkiz bacı-qardaşı evləndirdilər

Tailandlı 6 yaşlı əkizlər evləniblər. Onları küçədə təşkil olunan təntənəli mərasim zamanı nikah ilə birləşdiriblər.  

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, ancaq toy qardaş və bacını hüquqi baxımdan heç cür bir-birinə bağlamır və onların ər-arvad münasibətlərində olmasına məcbur etmir. Valideynlərinin izahatına görə, uşaqlar böyüyəndə öz yarılarını tapa bilərlər.

 

Bunu yalnız oğlan və qızın şəxsi xoşbəxtlikləri üçün bayram kimi təşkil ediblər.

 

Qədim tay etiqadına əsasən, müxtəlif cinslərdən olan əkizlər keçmiş ömürlərində bir-birini seviblər, lakin öz aralarında hər şeyi aydınlaşdırmağa macal tapmayıblar, onları bu “karma”dan xilas etmək lazımdır.

 

– Biz əkizlər üçün toy təşkil etməyə borcluyuq ki, onların bu həyata qədərki məsələlərini həll edək. Əgər onları evləndirsək, xoşbəxt və sağlam olacaqlar”, – uşaqların atası Amornsan Santorn Malirat söyləyib.

 

(Visited 69 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir