Nazirlik iş adamlarını ağac əkməyə çağırdı

“İş adamlarını yaz fəslində planlaşdırılan ağac əkmə kampaniyasına qoşulmağa dəvət edirik”.

 

Medpress.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.

 

Onun fikrincə, yaz əkin kampaniyaları ilə bağlı kifayət qədər ting var: “Bu il keçirilən payız əkin kampaniyası zamanı 100 min ağac əkildi. Belə kampaniyalar davamlı həyata keçiriləcək”.

 

(Visited 39 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir