2019-cu ilin qlobal aclıq və iqlim fəlakətləri – PROQNOZ

“Bloomberg” agentliyinin yaydığı  “bələdçi bədbini”ndə 2019-cu ilin sonunda bütün dünyada ərzaq qıtlığı çatışmazlığı yaşanacağı xəbər verilib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, El-Nino adı ilə tanınan iqlim anomaliyası daşqınlar, meşə yanğınları, qlobal aclıq, beynəlxalq münaqişələr gətirəcək, qaçqınların sayını artıracaq.

 

Narahat körpə

 

Meteoroloqların proqnozları əsasında ortaya çıxan fəlakətli ssenariyə görə, bu qış yenidən El-Nino (ispanca “körpə” deməkdir) effektli olacaq – bütün planetin iqliminə təsir edəcək, Sakit okean sularında temperaturun anomal yüksəlişi ilə nəticələnəcək. Ümumdünya meteorologiya təşkilatı xəbər verib ki, El-Ninonun baş vermə ehtimalı yaxın 3 ayda 75-80 faizdir. “Körpə”nin yanvarda ortaya çıxma ehtimalı isə 90 faizdir.

 

Adətən, bu 6-8 ay davam edir, amma bir ilə qədər, hətta iki il çəkə bilər. İstənilən halda 2019-cu ildə dünya El-Ninonun xoşagəlməz  nəticələri ilə üzləşəcək: Cənubi Amerikada leysan yağışları və daşqınlar, Afrikada, Şərqi və Mərkəzi Aziya, Avstraliya, İndoneziya və Filippində böyük quraqlıq olacaq.

 

İqlim anomaliyaları ilə yaranan qıtlıqlar siyasi toqquşmaların sayını artırır: hesab edilir ki, El-Nino illərində vətəndaş müharibələri riski iki dəfə artır. Bundan əlavə, ekvatora yaxın yerləşən ölkələrdə El-Ninoya görə ağcaqanadlardan keçən  xəstəliklərin epidemiyası baş qaldırır: malyariya, Denqe qızdırması və digərləri.

 

Mələklər və iblislər

 

“Bloomberg”in ssenarisi əsasında El-Nino güclənən qlobal istiləşmə ilə birləşərək 2019-cu ili müşahidələr tarixində ən isti edəcək. Qızmar istilər Avstraliyada dənli bitkilərin əkin sahələrini məhv edəcək, Braziliyanın, adətən kənd təsərrüfatı rayonlarına düşən yağışlar isə quraqlığı dəyişdirərək soya və qarğıdalı məhsullarını məhv edəcək.

 

Şərqi Asiyada, əksinə, leysan düşəcək, Yaponiyadan tutmuş Hindistana qədər bütün Sakit okean sahilində düyü məhsulunun bir hissəsi məhv olacaq. Nəticədə növbəti payızda dünyada ərzaq ehtiyatı kəskin azalacaq və bir çox ölkələr aclıq perspektivi ilə üzləşəcəklər.

 

Agentliyin analitiklərinin proqnozlarına görə, El-Ninonun fəsadlarından yalnız 4 ölkə – Rusiya, Ukrayna, ABŞ və Kanada zərər çəkməyəcək. “Bloomberg” əmindir ki, Rusiya prezidenti Vladimir Putin belə vəziyyətdə taxıl ixracına qadağa qoyaraq, “taxılı ən yaxşı evdə istifadə etməkdir” bəyan edəcək.

 

Həm də Rusiya raket sistemlərinin Türkiyəyə satışı səbəbindən NATO-nun Türkiyə boğazlarını bağlamaq lazım gələcək, bununla da Ukrayna taxılının Yaxın Şərqə və Afrikaya tədarükünü tamamilə iflic edəcək.

 

Müvafiq olaraq, dünyada buğdanın qiyməti rekord səviyyəyə qədər yüksələcək. Yoxsul ölkələr yeni qiymətə ərzaq ala bilməyəcək, Şərqi və Şimali Afrikada humanitar fəlakət qopacaq. Böyük taxıl ixracatçısı olan Misirdə 2011-ci ildəkinə bənzər total üsyana gətirib çıxaracaq dəhşətli iğtişaşlar baş verəcək.

 

Maraqlıdır ki, “Bloomberg”in versiyasına görə, Amerika przidenti özünün Rusiyanın dövlət başçısından heç də yaxşı aparmayacaq. “Trampın bazarları açıb dünyanı yedirtmək imkanı vardı, – agentliyin analitikləri qeyd edirlər. – Yaxud onun üzərinə gedib lovğalıq edən ölkələri konkret olaraq yerində otuzdura bilərdi. Lakin o, növbəti belə tvit yaydı: “Əsas məsələ bizim milli təhlükəsizliyimizdir və bu gün mən Amerikanın ərzaq təminatında birinci yeri verən fərman imzalayacağam. Bizim məhsul evdə qalacaq”.

 

Beləliklə, amerikalı fermerlər taxıl ixrac etməklə rekord gəlir qazanmaq şansından məhrum olublar. Tramp kompensasiya kimi onlara 50 milyard dollarlıq subsidiya ayıracaq ki, bu da Amerika büdcəsindəki kəsir problemini  daha çox çətinləşdirəcək.

 

Ssenari müəllifləri bəşəriyyətin xilaskarı kimi Kanadanın baş naziri Castin Tryudoya ümid edirlər. Onun aclıqdan əziyyət çəkən ölkələrə milyardlarla dollarlıq ərzaq göndərilməsinə göstəriş verəcəyinə hələ də ümid var. Əgər bunu edərsə, “böyük səs çoxluğu ilə” yeni müddətə seçiləcək və Nobel sülh mükafatına layiq görüləcək.

 

Reallığa daha yaxın

 

 

Bir ildə bir neçə belə kəskin və dağıdıcı çevrilişin baş verəcəyi ehtimalı kifayət qədər böyükdür. Amma, bədbinliyə düşməkdən əvvəl bir neçə məqamı nəzərə almaq lazımdır. Ümumdünya meteorolgiya təşkilatının proqnozuna görə, El-Nino gələn il güclü olmayacaq. Sakit okeanı sularında temperaturun 1,2 dərəcə yüksəlməsi gözlənilir. Əvvəllər 5-6 dərəcə istiləşmə baş verib.

 

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının proqnozuna görə, El-Nino səbəbindən 2019-cu ildə ərzaq təminatındakı çətinliyi yalnız Cənubi Amerikada – Honduras, Kolumbiya və Venesuela, Mərkəzi Afrikada – Konqo, Asiyada – Əfqanıstan və Pakistanın şimal rayonları çəkəcək. Nə Avstraliya, nə Braziliya, nə də digər böyük ərzaq istehsalçıları siyahıda yoxdur.

 

Qlobal ərzaq böhranı şəraitində dünya liderlərinin davranışlarına gəldikdə, bu ssenari material müəlliflərinin bütünlüklə vicdanına qalır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir