Azərbaycan qızları ilə Türkiyədə evlənənlərin sayı AÇIQLANDI

Türkiyədə keçən il evlənən cütlüklərin sayı 553 min 202, boşanan cütlüklərin sayı isə 142 min 448 olub. Evlənən cütlükərin sayı 2018-ci ildə bir əvvəlki ilə müqayisədə 2,9 faiz azalarkən, boşanan cütlüklərin sayı 10,9 faiz artıb.

 

Medpress.az-ın Türkiyə mediasına istinadən bildirir ki, orta hesabla ilk evlənmə yaşı ötən il kişilər üçün 27,8, qadınlar üçün 24,8 qeyd edilib. Kişi ilə qadın arasındakı orta hesabla ilk evlənmə yaş fərqi 3 olub.

 

Türkiyədə kişilərin əcnəbi gəlin seçimi

 

Xarici gəlinlərin sayı 2018-ci ildə 22 min 743 olaraq qeydə alınıb, ölkədəki ümumi gəlinlərin 4,1 faizini əcnəbilər təşkil edib.

 

3-cü sırada 10,9 faiz  ilə Almaniyadan olan gəlinlər yer alır.

 

13,9 faiz ilə Azərbaycandan olan gəlinlər 2-ci sırada qalıb.

 

Xarici gəlinlərdə suriyalı gəlinlər 15,7 faiz ilə ilk sırada yer alıb.

 

Türkiyədə qadınların xarici kürəkən seçimi

 

Əcnəbi oğlanların sayı ötən il 4 min 119 olarkən, bu rəqəm cəmi bəylərin 0,7 faizini təşkil edib.

 

Avstriyalı kürəkənlər 7,8 faiz 3-cü sırada yer alıb.

 

13,1 faiz ilə suriyalı kürəkənlər 2-ci sıradadır.

 

Türkiyədə qızların ən çox əcnəbi oğlanlara getdiyi  Almaniyadan olanlardır (34,1 faiz) .

 

Məlumata görə, boşanmaların 37,6 faizi evliliyin ilk 5 illik dövründə, 20,4 faizi isə 6-10-cu ildə baş tutub.

 

 

(Visited 132 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir