Uşaqlarına yemək tapmayan qadın onları amansızlıqla öldürdü

Başqırdıstan sakini 2 və 11 yaşlı uşaqlarını öldürəndən sonra özü ilə birgə evi yandırmağa cəhd edib. İlkin versiyaya görə, qadını bu dəhşətli cinayəti törətməyə yoxsulluq sövq edib.

 

Medpress.az Rusiya mediasına istinadən xəbər verir ki, faciə respublikanın Nurimanov rayonundakı kəndlərdən birində qeydə alınıb. Aşbaz  işləyən 34 yaşlı qadın uşaqlarını öldürmək qərarını analıq məzuniyyətində olduğu müddətdə yerinə başqasının götürüldüyü xəbərini eşidəndən sonra  verib. İki uşaq anasına əvəzində işdən çıxmağı, yaxud aşağı əmək haqqına süpürgəçi işləməyi təklif ediblər.

 

Qonşuların sözlərinə görə, qadın qarovulçu işləyən əri ilə onsuz da ailəni çox çətnliklə dolandırıb.

 

“Görünür ki, uşaqlarını yedizdirməyə bir şey tapacağından əlini üzüb və nəticədə əsəbləri korlanıb”, – qonşular jurnalistlərə deyiblər.

 

İlkin məlumata görə, qadın övladlarını xüsusi amansızlıqla öldürüb. O, 2 yaşlı qızının və 11 yaşlı oğlunun boğazını kəsib. Sonra uşaqların meyitlərini də içəridə qoyaraq evi yandırmağa cəhd edib, lakin əri onu xilas etməyə macal tapıb.

 

 

(Visited 36 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir