Azərbaycanda 35 mindən çox əlilə reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 2018-ci ildə 9284 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

 

Medpress.az-a nazirlikdən verilən məlumata görə, onlardan 1039 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində əlil olanlardır.

 

Əlilliyi olan şəxslərə 1436 əlil arabası, 794 eşitmə aparatı, 6980 cüt protez və ya ortopedik ayaqqabı, 1681 aşağı və yuxarı ətraf, döş protezi verilib. Bundan başqa, bu kateqoriyadan olan vətəndaşlara 9535 müxtəlif reabilitasiya vasitələri, 1485 yuxarı və aşağı ətraf ortezləri, 341 bel və boyun nahiyəsi üçün korset, 811 dördayaqlı dayaq vasitəsi, 949 cüt qoltuqaltı, 1526 cüt dirsəkaltı ağac və digər vasitələr təqdim olunub.

 

Ümumilikdə 2018-ci ildə əlilliyi olan şəxslərə 35351 reabilitasiya vasitəsi verilib. 597 əlilliyi olan şəxsə isə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

 

(Visited 40 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir