Deputat: “Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər”

Obyektlərdə yoxlamaların dayandırılması sahibkarlığın inkişafı üçün çox vacib rol oynadı. Amma bundan sui-istifadə halları da mövcuddur. Həmin şəxslər Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər.

 

Medpress.az-ın xəbərinə görə, bunu Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Əli Məsimli bəyan edib.

 

Onun fikrincə, həmin sahibkarlar bu məsələdə xeyli problemlər yaradıblar: “Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik aktlarına da dəyişiklik edilməsini vacib hesab edirəm”.

 

(Visited 111 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir