Yatmazdan əvvəl yumurta yesəniz nə olar?

Avstraliyalı qidalanma mütəxəssisi Şaron Natoli hər gün 2 dənə yeyilən yumurtanın əhəmiyyətindən bəhs edərək, yatmazdan əvvəl yeyilən yumurtanın bədənimizə olan təsirini açıqlayıb,

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, mütəxəssis hər gün yeyəcəyimiz  2 ədəd yumurtanın saçları, dırnaqları və dərini gücləndirəcəyini bildirib. Natoli yumurtanın yuxunun keyfiyyətinə və müddətinə olan təsirini təbii bir sedatif olması ilə izah edib.

 

Mütəxəssis sedatiflərin aşağı dozada istifadə edildikdə gərginlik və məyusluğa gedən yuxu dərmanlarının ümumi adı olduğunu da qeyd edib.

 

Sedatif xüsusiyyəti ilə bədənin bir yuxu hormonu olan melatonini daha çox təmin etməsi, insanı yuxuya hazırlamaqda bir rol oynayır. Ancaq yenə də yumurtanın yalnız yuxuya olan müsbət təsirlərindən danışmaq haqsızlıq olar.

 

Natoli sağlam qidalanmanın yaxşı bir yuxu rejiminin açarı olduğunu deyib. Yumurtanın tərkibindəki yüksək zülal nisbəti insanı tox tutarkən, kilo artımına mane olur və stress səviyyəsini də azaldır.

 

(Visited 256 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir