Xərçəng və ürək-damar xəstəlikləri kimi geniş yayılmış unutqanlıq probleminin yaşının gəncləşməsi tibbi elmini narahat edən ən ciddi məsələlərdəndir.
Bu problemə əsasən, 65 yaşdan yuxarı insanlarda rastlanılsa da, artıq 20-30 yaş arası gənclər də unutqanlıqdan şikayətlənirlər. Altsheymer (unutqanlıq) problemi olan insanlar günlük işlərini görməkdə də çətinlik çəkirlər. Bu cür insanlar zaman keçdikcə, hətta ən sadə cümlələri, sözləri xatırlamaqda çətinlik çəkir və bu yaşına kimi hər gün məşğul olduqları işlərdən qaçmağa çalışırlar.
Düşünməkdə, qərar verməkdə çətinlik çəkmək, vaxt və məkanları qarışdırmaq altsheymerin ən əsas əlamətlərindəndir.
Unutqanlıqdan əziyyət çəkənlər təzə sıxılmış kök suyuna 1 çay qaşığı zeytun yağı əlavə edib, hər gecə yatmadan öncə içə bilərlər. Bunula yanaşı unutqanlığın digər dərmanı qozdur. Həftə ərzində ən az 2-3 dəfə qabıqlı qoz yemək yaddaşı gücləndirir.