Dilənçilik edən əlil saxlanılanda intihara cəhd edib – BAKIDA

Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaralıq və dilənçilik məqsədilə Bakı şəhərinə gələnlərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluqla məşğul olurlar.

 

Medpress.az-a Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 28-də axşam saatlarında növbəti profilaktiki tədbir zamanı dilənçiliklə məşğul olan, 36 yaşlı Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunan Əhliman Məmmədov Nərimanov rayonu, Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib. Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Əhliman Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Əhliman Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.

 

(Visited 138 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir