Şəhərin ən zəngin dilənçisi…

İstanbulun Sultanqazi səmtindəki bir xəstəxananın ətrafında dilənçilik edən 74 yaşındakı qadının bank hesabında təxminən 43 min lirə nağd pulu, çox sayda qızıl qolbağı və oğluna məxsus 3 mərtəbəli bir binanın olduğu ortaya çıxıb.

 

Medpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sultangazide vətəndaşların duyğularını istismar edərək, haqsız qazanc əldə edən dilənçilərə qarşı reyd keçirilib. Lütfiyə Nuri Burat Dövlət Xəstəxanası qarşısında və ətrafında dilənçilik edən bir qadın haqqında tez-tez məlumatlar alınıb. Nəhayət yaşlı qadın dilənərkən yaxalanıb. Üzərindən 110 lirə çıxan Lətifə İ . ilə bağlı araşdırma aparılanda isə təəccübləndirən bir həqiqət ortaya çıxıb.

 

Qadının üzərindən çıxan bank hesab icmalında hesabında 43 min 539 lirə nağd pulu, qollarında da təxminən 40 min lirə dəyərində çox sayda qızıl bilərzik olduğu görülüb. Bundan əlavə, yaşlı qadının oğluna məxsus 3 mərtəbəli bir binada oturduğu, maddi vəziyyətinin yaxşı olduğu müəyyənləşdirilib. Yaşlı qadına protokol yazılaraq inzibati pul cəzası kəsilib. Üzərindən çıxan 110 lirə isə müsadirə olunub.

 

(Visited 55 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir