Yeməkdən 30 dəqiqə əvvəl için, çox faydalıdır

Hindistanda bitən moringa bitkisi, son zamanlar xeyli populyar olub. Çayı dəmlənərək içilən bu bitkinin orqanizmə faydaları olmaqla yanaşı,  çox yeyiləndə də müəyyən zərərləri var. Moringa çayı necə içilməli? Faydaları nələrdir? Arıqladırmı?

 

Medpress.az xarici tibb saytlarına istinadən bildirir ki, sualların cavabları bunlardır.

 

Moringa çayı nədir?

 

Moringa möcüzəvi bir qidadır. Yarpaq, yağ, toz və kapsul şəklində istifadə edilən bu bitki, kalium, zülal, A vitamini, dəmir də daxil olmaqla zəngin qida dəyərlərinə sahibdir. Metabolizmi sürətləndirərək kilo verməyə köməkçi olması sayəsində möcüzə ağac adlandırılan Moringa, daha çox çay kimi populyar olub. Moringa çayı, bitkinin yaş yarpaqları üyüdülərək çay halına gətirilməsindən yaranır.

 

Faydaları nələrdir?

 

Metabolizmi sürətləndirir, bağırsaqları təmizləyir və bunun sayəsində yağ azalmasına yardımçı olur.

 

Ağrılara yaxşı təsir göstərir. Xüsusilə qulaq, baş və mədə ağrılarını yüngülləşdirmək xüsusiyyətinə sahibdir.

 

Təbii mineral çatışmazlığını düzəldir, bədənə enerji verir.

 

Toxluq hissi verir.

 

Uşaq  əmizdirən anaların südünü artırmağa yardımçı olur.

 

Ürək və böyrək xəstəliklərinin ağırlaşmasının qarşısını alır.

 

Qırışların yaranmasına mane olur, var olanları azaldaraq cildi gözəlləşdirir.

 

 Güclü bir antioksidant mənbəyi kimi tanınır.

 

Moringa çayı necə hazırlanır?

 

1 fincan isti suyu qaynadın. Qaynanmış suyun içinə 1 ədəd moringa çayı qoyun və 4 dəqiqə dəmləyin. Dəm aldıqdan sonra içə bilərsiniz.

 

Yeməklərdən 30 dəqiqə əvvəl bu çayı gündə 2 fincandan artıq içməyin faydası var. Moringa çayı çox içildiyi zaman orqanizmə mədə qıcqırması, ürək bulanması, ishal kimi bir sıra zərərləri olur. Təsirləri çox cəlbedici olsa da, bu çayı sərf etmədən əvvəl bir mütəxəssislə məsləhətləşməyə tənbəllik etməyin.

 

 

(Visited 341 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir