Arıqlamaq istəyirsiniz? Hər gün 1 ədəd çiy düyü udun

Artıq çəkidən xilas olmaq istəyənlərə olduqca təsirli bir üsuldur. Hər gün bir ədəd çiy düyü udaraq iştahanızı nəzarət altına alar və hətta şirin şey istəyinizi tam nizamlaya bilərsiniz.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, çiy düyü zəifləmək istəyənlərin yeni favoritidir. Yay yaxınlaşanda siz də bir neçə kilo çəkinizdən xilas olmaq istəyirsinizsə, bəhs edəcəyimiz quru düyüdən istifadə edə bilərsiniz, əlbəttə, əvvəlcə mütəxəssislə məsləhətləşmək şərti ilə.

 

Səhərlər düyü udaraq günə başlayarkən iştahanızı nəzarət altına ala bilərsiniz. Ancaq yalnız düyü udub, yüksək kalorili qidalanmaya davam etmək sizin çəkinizi azaltmayacaq. Düyü udduğunuz müddətdə yediklərinizi də bir az nəzarət altında saxlamalısınız ki, çəki verməyiniz sürətlənsin.

 

İlk gün 1 ədəd düyü

 

Quru düyü sayılaraq udulmalıdır. Yəni ilk gün 1 ədəd düyü udulmalıdır. Səhərlər aç qarına 1 ədəd düyü udaraq günə başlayıb ertəsi günlərdə isə bir-bir miqdarı artıraraq 30 gün bu şəkildə davam edilməlidir. 30 günün sonunda geriyə doğru getməlisiniz, yəni hər gün bir-bir azaldaraq. Total 60 gün davam edən düyü udma hərəkətini həyata keçirərkən, düyü bir stəkan ilıq su ilə udulmalı, üstündən bir stəkan daha ilıq su içmək lazımdır.

 

2 ayda 8-14 kilo

 

Bu mərhələdə sıx bir pəhrizə ehtiyac olmasa da, paylara diqqət edilməlidir. Düyü udanlar bu mərhələdə iştahlarının azaldığını qeyd edir. Verilən çəki miqdarı insandan insana dəyişsə də, 2 ayda çəkisinin 8-14 kilo azaldığı məlumdur.

 

 

 

(Visited 530 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir