Sevgilinizi qoxu ilə müəyyən edə bilərsiniz

Özünüzün ikinci yarınızı qoxu ilə müəyyənləşdirmək olar: alimlər müəyyən ediblər ki, qoxu hissi genetika baxımından ən çox seçilən tərəfdaşı seçməyə kömək edir.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, Paris Didro Universitetindən olan alimlər insanların histo uyğunluğu əsas komleksini öyrəniblər. Daha əvvəlki işlərdə qeyd edilib ki, genetik oxşarlıq olmayan tərəfdaş seçimi gələcək nəsil artımında vacib rol oynayır. Çünki bu halda genetik üstünlüklər hər iki valideyndən uşaqlara ötürülür.

 

Ekspertlər ABŞ Milli sağlamlıq institutunun genotiplər və fenotiplər məlumat bazasındakı informasiyaları təhlil ediblər.

 

Avropada və İsraildə yaşayan 800-dən çox cütlüyün tam genom məlumatlarını öyrənən alimlər maraqlı kəşf ediblər: avropalı cütlüklərin (xüsusilə Hollandiya sakinlərinin ) histouyğunluğu bir-biri ilə üst-üstə düşməyib. Eyni zamanda, İsraildən olan ər-arvad cütlüklərinin bu cür uyğunsuzluğu minimum olub. 

 

Alimlər bunu onunla izah edirlər ki, yəhudilər nikaha girəndə əsasən milli ənənələrə və adətlərə üstünlük verirlər. Ancaq digər millətlərin nümayəndələri şüurlu şəkildə histouyğunluq parametrlərinə əsaslanır.

 

 

 

(Visited 54 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir