Alimlər gündə 10 min addım gəzməyin faydaları mifini dağıtdılar

Çoxları yəqin  artıq eşidib ki, gündə 10 min addım yeriməyin sağlamlıq üçün xeyirlidir. Bəli, müasir ölçülərlə bunu hesablamaq çətinlik yaratmır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, lakin, əslində məlum olub ki, bu faktın heç bir elmi əsası yoxdur və yalnız mifdir. Hər halda, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri dərin araşdırma aparandan sonra məlumat veriblər.

 

Bəs onda əslində nə fayda gətirir? Təcrübə yolu ilə müəyyənləşdirilib ki, əsir fayda gətirən addımların sayı 10 min addım yerimək yox, 20 dəqiqə müddətində fiziki fəallıqdır.

 

Qaçmaq, yürümək, gimnastika və digər hərəkətlər etmək olar. Ən başlıcası, bunların hamısını düzgün etməkdir. Gündə dörd dəfə 5 dəqiqəlik gəzinti iyirmi dəqiqəyə bərabər deyil. İnsanın fiziki güc imkanı baxımından 20 dəqiqəyə 10 min addım yerimək faktiki real deyil. Ona görə belə fəaliyyətin faydalılığı şübhə doğurur.

 

Bu sayda addımın xeyiri ilə bağlı mif  bizə Yaponiyadan gəlib. Onun müəllifinin kim olduğu məlum deyil, bu istiqamətdə elmi araşdırma aparılıb təsdiqləndiyi də bilinmir. Avropalı alimlər ehtimal edirlər ki, bu mifin ortaya çıxmasına addımölçənin kəşfi səbəb olub. Qurğuları satmaqdan ötrü marketoloqlar onu uydurublar.

 

İndi müəyyənləşdirilib ki, ürək-damar xəstəliyi riskini, şəkərli diabetin yaranmasını və hətta onkologiya keçməsini gündə yalnız 4-5 min addım yerimək xeyli aşağı salır.

 

(Visited 447 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir