Aşiq olmağın bu qədər xeyirli olduğunu bilirdinizmi?

Romantik bir münasibətin həm həyatınıza, həm də səhhətinizə ciddi təsirləri ola bilər. Aşiq olduğunuzda orqanizminizdə heç gözləmədiyiniz dəyişikliklər meydana gələ bilər. Bəs məhəbbət bədənimizə nələr edir? Aşiq olanda bədənimizdə nələr olur?

 

Medpress.az xarici mətbuata istinadən birini aşiq olduğunuz zaman başınıza nələr gələ biləcəyini təqdim edir.

 

Duyğularımızı nəzarətdən çıxarır

 

“Dəlicəsinə aşıq olmaq” olduqca doğru bir ifadədir. Xüsusilə məhəbbətin ilk mərhələlərində. Ekspertlərə görə, romantik bir münasibəti əvvəllərində bədənimizdə kortizol -stres hormonunun səviyyəsi artım göstərir. Stress hormonunun artımı, ruh halımızı tarazlaşdıran seratonini istehlak edir. Yüksək stress hormonu və aşağı seratonin duyğularımız bir sürət qatarında kimi hiss etməyimizə səbəb olur. Bu da narahatlıq və gərginliyə yol açır.

 

Ruh yüksəkliyi alovlanır

 

Aşıq olmaq özünüzü narahat və gərgin hiss etməyinizə səbəb ola bilər. Ancaq eyni zamanda bədəndə bir ruh yüksəkliyi yaradır. Aşiq olanda dopamin ifraz etdiyimiz üçün məhəbbət, xoşbəxtlikverici bir təcrübəyə çevrilir. Araşdırmalara görə, sevgi dolu bir əlaqə, maddə asılılığına və depressiyaya təsiredici zəhərli ola bilər. Digər tərəfdən, bədən bədənə təmas edəndə ifraz etdiyimiz oksitosin – eşq hormonu- əmin-amanlıq və səadət hissi yaradır.

 

Kor edir

 

“Məhəbbətin gözü kordur” deyiminin doğruluğunu sübut edən bir başqa sözdür. Araşdırmalara görə, romantik bir əlaqə içində olanda beynimizin digər insanlarla bağlı mühüm qiymətləndirmələri aparan hissəsi özünü bağlayır. Bu səbəblə daha az mənfi duyğuya sahib oluruq. Qorxu və sosial qınaqlar da buna daxildir. İnsanların mənfi fikirləri heç eynimizə də olmur. Başqa bir araşdırmaya görə, dopaminin əks təsiri olaraq aşiq olduğumuz adama baxarkən göz bəbəklərimiz böyüyür.

 

Səs tonunu dəyişdirir

 

Elmi araşdırmalar göstərir ki, birindən təsirlənərkən fərqində olmadan səs tonumuzu dəyişdiririk. Bir işdə kişilərin cazibədar tapdıqları qadınlarla daha alçaq bir pərdədən danışdığı ortaya çıxıb. Başqa bir işdə isə qadınların əksinə, cazibədar tapdıqları kişilərlə daha yüksək bir pərdədən danışdığı görülüb.

 

Ağrını kəsir

 

Məhəbbət əzab verər, ancaq bəzən ağrı kəsici təsirə malik ola bilər. 2010-ci ildə aparılan bir işdə, münasibətlərinin ilk 9 ayında olan cütlərdən əzab-əziyyətə məruz qoyularkən 3 mərhələ keçmələri tələb olunub. İlk mərhələdə tərəfdaşlarının şəkli göstərilib. Bir sonrakında eyni dərəcədə cəlbedici bir tanıdığının şəkli göstərilib. Sonuncuda isə ağrını azaltmaq üçün söz çağırışı üsulu tətbiq olunub. İşin sonunda tərəfdaşlarının şəkli və söz çağırışı testinin ağrını azaltmada təsirli olduğu görülüb.

 

Xəstəliklərin qarşısını alır

 

Məhəbbətin xəstəliklərin ən böyüyü olduğunu düşünürsən, ancaq sağlam bir eşq əlaqəsinin sizi xəstəliklərdən qoruyub saxladığını bilirdinizmi? Karnegi Mellon Universitetinin apardığı tədqiqatda sosial mənada dəstək və tez-tez qucaqlaşmaq insanın infeksiyalara yaxalanma riskini azaltdığını ortaya çıxarıb. Araşdırmaya qatılan şəxslərə münasibətlərilə bağlı suallar verildikdən sonra geniş soyuqdəymə viruslarına məruz qoyulublar. Təsdiqedici bir əlaqələri olan və tez-tez tərəfdaşlarına sarılan insanların virusa qarşı daha dözümlü olduğu üzə çıxıb.

 

Yaradıcılığı artırır

 

Eşq və şəhvət, yaradıcılıq söz mövzusu olduğunda bir-birindən fərqli şeylər ola bilər. 2009-cu ildə aparılan bir araşdırmada iştirakçılar 2 qrupa ayrılıb. İlk qrupdan tərəfdaşları uzun bir yürüş xəyal etmələri tələb olunarkən, digər qrupdan cəlbedici bir adamla adi bir seks xəyal etmələri tələb olunub. Tədqiqatçılar daha sonra yaradıcılıqlarını ölçmək üçün bəzi testlər verib. Nəticəsdə ilk qrupdakıların kreativ hisslərinin daha qüvvətli olduğu öyrənilib.

 

Ürəyə yaxşı təsir edir

 

Məhəbbət ürəyinizə hər mənada yaxşı təsir edir. Əlaqələr və ürək-damar xəstəlikləri üzərində edilən bir araşdırmaya görə, qısa və isti fiziki təmaslar ən stresli anlarda belə təzyiqi və ürək ritmini aşağı salır. Başqa bir araşdırmaya görə, xoşbəxt ailələri olan insanlar daha aşağı təzyiq, stress və depressiya nisbətinə sahibdir. Digər tərəfdən, həyatlarından daha razıdırlar. Ekspertlərə görə, eşq xəstəliklərin qarşısını aldığı kimi xəstəlik vəziyyətində sağalmağı də sürətləndirir.

 

(Visited 56 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir