“Yakob” bir ailənin axırına çıxdı…

Hamiləlik zamanı öz dölündən virus keçən qadın nadir xəstəlikdən ölüb. Medpress.az bildirir ki, bu qəribə hadisə barədə “Journal of Neuropathology & Experimental Neurology” məlumat yayıb.

 

Qadının adı açıqlanmır, ancaq məlumdur ki, danimarkalıdır. O, hələ 53 il əvvəl uşaq dünyaya gətirib və o zaman öz dölündən “Kreytsfeldta-Yakob” xəstəliyinə yoluxub. Bu xəstəlik zamanı beynin böyük yarımkürələrinin qabığı və digər hissələri tədricən dağılır. Qadının həyat yoldaşı 20 il əvvəl bu xəstəlikdən vəfat edib. Bundan sonra qadın DNT analizi verərək özünün bu xəstəliyə meylli olub-olmadığını yoxlatdırıb, amma nəticə pozitiv olub.

 

Buna baxmayaraq qadının 70 yaşına az qalmış ona məhz “Kreytsfeldta-Yakob” xəstəliyi diaqnozu qoyulub. Kopenhagen universiteti yanındakı xəstəxananın mütəxəssisləri ehtimal edir ki, nadir xəstəliyə yoluxma hamiləlik zamanı baş verib. Danimarkalının oğlunun hazırda 53 yaşı var, onda da həmin xəstəliyin əlamətləri üzə çıxıb.

 

Mütəxəssislərin sözlərinə görə, xəstəliyə səbəb olan gen oğula anasının bətnində atasından irsən keçib. Bu xəstəliyə milyon insandan birində rast gəlindiyi bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir