Gecə yemək yeməyin fəsadları – YENİ ARAŞDIRMA

Gecə yemək yemək ürək üçün çox təhlükəlidir. Çünki ürək əzələsinin və damar xəstəliklərinin inkişafı riskini artırır. Bu barədə Medpress.az xarici mediaya istinadən xəbər verir.

 

Xəbərə görə, bu, Amerikanın Kardiologiya Assosiasiyasının ekspertlərinin yaşı 18-dən 76-ya qədər olan təxminən 13 min insanın iştirakı ilə apardığı araşdırma nəticəsində üzə çıxıb.

 

Mütəxəssislər ilk növbədə layihə iştirakçılarının qida vərdişlərini öyrəniblər. Bundan sonra respondentlərdən adi həyat tərzinə davam etmələri, lakin vaxtaşırı analizlər vermələri xahiş olunub. Nəticədə məlum olub ki, əgər insanlar gec şam yeməyi yeyir, yaxud gecə qəlyanaltı edirlərsə, ürəklə bağlı problemlemləri xeyli artır.

 

 

Xüsusilə, gecə qəlyanaltısına meylli qrupdakı insanların qanında xolesterinin səviyyəsi yüksək olub. Şam yeməyini gec yeyən iştirakçıların çoxunda şəkər xəstəliyinə yoluxmaərəfəsi əlamətlər də aşkar edilib. Bu əlamətləri olan insanların 70 faizində isə ikinci tip tam şəkər xəstəliyinə yoiluxma halı baş verir.

 

Araşdırma müəlliflərinin sözlərinə görə, gecə qəlyanaltısı çox təhlükəlidir: bu vərdiş ikinci tip şəkərli diabetin, tromboz, hipertoniya və orqanizmin iltihabi proseslərinin inkişafına səbəb olur.

 

(Visited 61 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir