Siqaret çəkən kişilərə daha bir XƏBƏRDARLIQ

Qadınların hamiləlik zamanı siqaret çəkməsi dölün səhhətinə ciddi təsir göstərə bilər – bu haqda çoxdan məlumdur. İsveçin Lund Universityin alimləri isə indi müəyyən ediblər ki, ataların siqaret çəkməsi onun nəslinin sağlamlığına da təsir göstərir: siqaret çəkənlərin oğullarıının spermalarında spermatozoidlər çəkməyənlərlə müqayisədə 50 faiz az olur.

 

Medpress.az bildirir ki, nəticələri PLOS ONE jurnalında dərc edilən araşdırmanın gedişində yaşları 17-20 arasında olan 104 gəncin spermalarından götürülən nümunələri öyrəniblər. Bu zaman siqaret çəkən atalar və oğullar arasında spermatozoidlərin qatılıq dərəcəsinin (51 faiz) az olmasını müəyyən edən dəqiq əlaqə tapıblar.

 

Bu korrelyasiy hətta mütəxəssislərin siqaret çəkən analar və ən gənc insanlarla bağlı araşdırmasında da təsdiqlənib.

 

Mütəxəssislər xatırladıblar ki, qadının yumurta hüceyrələrindən fərqli olaraq, kişi cinsi hüceyrələri həyat boyu bölüşməyə bilər. Bu bölgü zamanı isə mutasiya meydana çıxa bilər. Tütün tüstüsündə belə mutasiya ehtimalını gücləndirən maddələr var.

 

“Əgər nəzərə alsaq ki, spermatozoidlərin sayı və hamiləlik arasında əlaqə mövcuddur, cəsarətlə təsdiq etmək olar ki, kişilərin siqaret çəkməsi onların oğullarının gələcəkdə uşağa malik olmaq mümkünlüyünə təsir göstərir”, – alimlər qeyd ediblər.

 

Onlar həmçinin xatırladıblar ki, ataların siqaret çəkməsi övladlarında digər anomaliyalara da gətirib çıxara bilər, məsələn, uşaqlarda inkişaf qüsuruna səbəb olar.

 

 

(Visited 72 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir