Şəhid ailəsi üçün təqaüd artırıldı

İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

 

Medpress.az xəbər verir ki, fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

 

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

 

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

İndiyə qədər bu məbləğ əvvəl 242 manat olub.

 

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir