Keyfiyyətli və müntəzəm seks dərmandan da faydalıdır – ALİMLƏR

Keyfiyyətli və müntəzəm seks qan təzyiqini aşağı sala bilər. Bu qənaətə Corcia ştatının tədqiqatçıları gəliblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, seks qan təzyiqini ənənəvi sidikqovan dərmanlar kimi aşağı salmaq üçün effektli ola bilər.

 

Bu zaman intim yaxınlığın nəticəsinin möcüzəliliyi sınaqdan çıxmış orqazmın nə dərəcədə güclü olmasından birbaşa asılıdır. Bu arada tədqiqatçılar qeyd edirlər ki, məmnunluq zamanı belə müalicəvi effekt müşahidə olunmur.

 

Qan təzyiqi probleminin belə məhsuldar “müalicəsi”ni alimlər stressi azaldan oksositin hormonunun artması ilə izah edirlər.

 

Eksperiment çərçivəsində könüllülərin seks zamanı təzyiqi portativ kardiomonitorun köməyi ilə izlənilib. Məlum olub ki, fiziki yaxınlıq zamanı təzyiq 13 faiz aşağı düşür. Bundan əlavə, 13 dəqiqəlik seks zamanı orqanizm 190 kalori yandırır – bu hətta bostan cərgəsində alaq etmək və ya xizək sürəmək zamanı sərf olunan kaloridən çoxdur.

 

(Visited 489 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir