Qara ciyər bədənimizdə bir çox funksiyalara cavabdeh olan çox əhəmiyyətli orqandır. Qara ciyərdə bir fəsad, dəyişiklik meydana gələndə bədənimiz müxtəlif işarələr verir.
Medpress.az xarici mətbuata istinadən qara ciyərin sağlam olmadığını göstərən əlamətləri təqdim edir.
Dərinin və gözlərin saralması
Əgər sizdə bu simptomlar varsa, qara ciyərinizin böyük problemi olduğu deməkdir. Bu vəziyyət dərinin, gözlərin ağlarının və sümüyün sarı pigmentinə səbəb olan sarılıq kimi tanınır. Sarı rəng sarımtıl-narıncı piqmentə malik olan hədsiz bilirubin səbəbindən əmələ gəlir.
Yorğunluq
Yorğunluq zehni və fiziki enerji çatışmazlığı ilə xarakterizə olunur. Bütün gün boyu özünüzü yorğun hiss edirsinizsə, qara ciyərinizlə bağlı bir problem ola bilər.
Qarın şişkinliyi
Qarının şişkinliyi ağrıya səbəb olan narahatedici simptomlardan biri ola bilər. Qarın bölgəsində maye yığılanda meydana gəlir. Bunun nəticəsi kimi ayaqlarınız və budlarınız da şişə bilər.
İştahsızlıq və çəki itkisi
Bu kimi hallar eyni zamanda qarın şişməsi ilə də bağlı ola bilər. Çox şişəndə yemək ehtiyacı duyulmur.
Dəridə yaranan kapilyar şaxələnməsi
Bu dəlilləri sinənin üst yarısında, əllərdə, boyunda və üzdə görsəniz, qara ciyərdə problemdən şübhələnin.
Bədəndə yaranan qançırlar
Qara ciyər zərər görübsə, zülal istehsalı dayanır və ya ləngiyir. Bu vəziyyət pis qan laxtalanmasına səbəb olur.
Sidiyin tünd rəngi
Sidiyiniz qəhvəyi, tünd narıncı və ya kəhrəba rəngə çalırsa, bu, qara ciəyrdə parçalanmayan hədsiz bilirubin səbəbindən ola bilər.
Bədəndə qaşınmalar
Qara ciyər “darda” olduqda, dəridə qaşınmalar başlaya bilər.