İtlər qadını ölümdən xilas etdilər: Günün qəhrəmanları – VİDEO

Bella və Sedi Labrodor itləri öz sahiblərini mütləq ölümdən xilas ediblər. Qadında iflic baş verib, ona yardım lazım olduğunu anlayan itlər evdən qaçıblar və qonşuları gətiriblər, nəticədə onlar həkim çağırıblar. Kömək vaxtında gəldiyindən qadının həyatını xilas etmək mümkün olub. 

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Morin ev işləri ilə məşğul olanda qəflətən özünü pis edərək döşəməyə yıxılıb. Onun bu vəziyyətdə nə qədər qaldığı məlum deyil, digər tərəfdən əgər itləri olmasaydı, onun sonrakı taleyinin necə olacağı da bilinmir.

 

“Yadımdadır, Sedi necə mənə tərəf qaçırdı. Mən ona dedim: “Anaya yardım etmək lazımdır?”. Onda hər iki it qaçdı”, – amerikalı qadın söyıəyib.

 

Evin yaxınlığındakı müşahidə kamerası itlərin necə qaçdıqlarını və yoldan keçərək qonşuya getdiklərini çəkib. Qonşular cəld itlərin sahibinin yanına özlərinə çatdıraraq təcili yardım çağırıblar. Xəstəxanada həkimlər qadının iflic keçirdiyini müəyyənləşdiriblər.

Qadına zəruri yardımı edən həkimlər qeyd ediblər ki, iflic olan insanın xilası üçün zaman amili böyük rol oynayır: əgər geciksən, xəstə ölər, yaxud həmişəlik əlil qala bilər. Morin itlərin sayəsində vaxtında yardım alıb.

 

 

(Visited 81 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir