Bir çox kişidə rast gəlinən və etinasızlıq ediləndə sonsuzluğa, hətta uzun dövrdə də kişilik hormonunun azalmasına səbəb ola bilən varikoz xəstəliyinə mütləq diqqət yetirməsi lazımdır. Bu xəstəliyini səbəbləri və müalicə üsulu nədir?
Medpress.az xarici mətbuata istinadla bildirir ki, varikoz yetkinlik dövrü ilə yetkin yaş aralığında bir çox kişinin həyatına mənfi istiqamətdə təsir edən xəstəlikdir. Mütəxəssislərin fikrincə, bu xəstəliyin aşkar olunduğu 2 nəfərdən biri təəssüf ki, uşaq sahibi olmur və ya uzun dövrdə cinsi problemlər yaşayır.
Yumurtalarda anormal şəkildə temperatur dəyişikliyinə səbəb olan varikoz xəstəliyi, xüsusilə damar xəstəliklərinə qarşı genetik uyğunluğu olan, uzun müddət ayaq üstdə qalan və siqaret çəkən kişilərdə daha tez-tez rast gəlinir.
Xəstəliyə adi bir müayinə və qısamüddətli bir ultrasəs sayəsində asanlıqla diaqnoz qoyula bilir. Xəstələr, bu problemin sonsuzluğa səbəb olduğu və kişiliyə zərər verdiyi kimi mənfi fikirlərə qapılırlar. Ancaq bunlar xəstəliyin əsasən orta və yüksək səviyyələrində baş verməsi gözlənilən ssenarilərdir. Varikoz əgər erkən dövrdə müəyyən edilsə və düzgün şəkildə müalicə edilsə, sonsuzluq riski ortadan qaldırıla bilər. Kişilərə bu xəstəliyi doğru danışmaq və yetkinlik dövründən etibarən varikoz xəstəliyi ilə bağlı özlərini müayinədən keçirməsini öyrətmək lazımdır.
Səhər əməliyyat olan axşam evinə gedir
Mütəxəssislərin sözlərinə görə, aparılan müayinədən sonra təcrübəli radioloqlar tərəfindən həyata keçirilməsi lazım olan rəngli doppler ultrasəs və dərhal sonra sperma analizi ilə bərabər testosteron dəyərinin ölçülməsi ilə bütün test mərhələsinin bitdiyi və artıq müalicə ilə bağlı prosesin xəstəylə danışılması lazımdır. Varikoz xəstəliyinin mənfi təsirləri, xəstəliyin doğru bir şəkildə müalicə edildiyi təqdirdə qarşısı alınır. 45 dəqiqə davam edən cərrahi bir üsul ilə müalicə edilə bilən bu xəstəlikdə əməliyyat qasıq hissəsindən kiçik bir kəsik edilərək həyata keçirilir. Ümumi anesteziyaya belə ehtiyac olmadan, sadəcə beldən aşağı spinal anesteziya altında keçirilən mikrocərrahiyyə varikoz əməliyyatına səhər girən bir xəstəsinin axşam saatlarında evinə rahatlıqla gedə bilməsi ilə nəticələnir.