Sağlam qadına xərçəng olduğunu deyib hər iki böyrəyini çıxardılar

Faciəli hadisə Kolorado ştatından olan 73 yaşlı Linda Vullinin başına gəlib. Həkimlər ona səhv diaqnoz qoyublar – xərçəng və hər iki böyrəyini çıxarıblar. Transplatasiya üçün növbəsini gözləyən qadın 8 ay sonra ölüb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Lindaya “böyrək xərçəngi ehtimalı” diaqnozu 2018-ci ilin mart ayında Kolorado Univesitetinin xəstəxanasında qoyulub. May ayında isə hər iki orqanının çıxarılması üçün əməliyyat edilib. Lakin əməliyyatdan sonra edilən biyopsi xərçəng hüceyrələri aşkar etməyib. Həkimlər səhvlərini etiraf etsələr də, lakin kifayət qədər gec olub.

 

Linda böyrək transplatasiyası növbəsinə dayanıb, ancaq bu əməliyyat üçün gözləmə müddəti, adətən 7-10 il çəkir. Bundan əlavə, yaşlı adamları nadir halda “gözləmə siyahısı”nın əvvəlinə yazırlar. Qadın həftədə üç dəfə 4 saatlıq dializdən keçməyə məcbur olub.

 

Linda keçən il qəzəbli olduğu xəstəxananı məhkəməyə vermək üçün vəkil tutub. Lakin yaşlı qadının orqanizmi əməliyyatdan sonrakı ağır dövrün yükünə dözməyib. Linda xilasedici əməliyyatı gözləmədən ölüb.

 

(Visited 68 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir