Ərəb ölkəsində ilk dəfə “qadın viaqrası”na icazə verildi

Misir “qadın Viaqrası” istehsalı və satışına razılıq verilən ilk ərəb ölkəsidir. Tərkibində flibanserin olan dərman ehtirasın altırılması üçün nəzərdə tutulur.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, misirlilərdən biri maraq xatirinə “qadın viaqrası”ndan istifadə edib və bir daha onu qəbul etməyəcəyini açıqlayıb. “Mən süstlük və baş hərlənməsi hiss etdim, ürəyim güclü döyünürdü”, – o, vurğulayıb.

 

Yerli əczaçılar əmin edir ki, dərmanın qəbulundan sonra sağlamlıq üçün heç bir kənar effekti olmayacaq. Həkimlərin bəzilərinin fikrincə, heç bir xeyirli effekti də olmayacaq. “Qadınlar üçün seks  – emosional prosesdir. Heç bir dərman kömək etməyəcək, flianserinin təsirindən qan təzyiqinin aşağı düşməsi ciddi əks-effektə səbəb ola bilər”, – onlardan biri deyib.

 

(Visited 244 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir