Arvad telefonun parolunu verməyən ərini yandırdı

İndoneziyada qadın evlərinin damını təmir edən kişi ilə deyişib. Arvadı ərinin telefonun parolunu öyrənmək istəyib, kişi isə onun xahişini yerinə yetirməyə tələsməyib. Gərginləşən qalmaqalın gedişində 26 yaşlı Dedi Purnama aşağı düşərək 25 yaşlı arvadı İlham Kaxyanini vurub.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, qadın bu zaman benzin dolu kansteri götürüb və yanacağı ərinin üstünə tökərək alışqanla od vurub. Şahid Odjinin sözlərinə görə, o, həmin an yanana köməyə can atıb və alovu söndürməyə çalışıb, ancaq kişi artıq kifayət qədər güclü yanıb.

 

Hadisə yerinə gələn tibb işçiləri Dedini xəstəxanaya aparıblar, iki gün onun həyatda qalması üçün mübarizə aparıblar. Lakin yanıq xəsarətləri o qədər güclü olub ki, nəticədə kişi ölüb. Qəzəblənən qadın saxlanılıb, lakin ona ittihham irəli sürülüb-sürülmədiyi hələ ki məlum deyil.

 

 

(Visited 77 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir