Gənc kişi və qadını “ailə şərəfi”nə görə vəhşicəsinə öldürdülər

Pakistan polisi gənc kişi və qadının Kəraçi şəhərindəki biznes-mərkəzdə meyitlərini aşkar edib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarından deyiblər ki, gənc insanları “ailə şərəfini qorumaq” üçün onların qohumları qəddarlıqla öldürüblər.

 

Öldürülənlər 25 yaşlı Nəsib Xan və 20 yaşlı Bibi Dahtardır: meyitləri tapılandan üç gün əvvəl onların boğazlarını kəsiblər.

 

Polisdən bildirilib ki, araşdırma nəticəsində hər ikisi mühafizəkar Paştun qəbiləsindən olublar və qonşuluqda yaşayıblar.

 

Hüquq-mühafizə orqanları gənc kişi ilə qadının ailənin yaşlı üzvlərindən birinin göstərişi ilə öldürülmələrindən şübhələnir. Öldürülən xanımın ailəsi də yoxa çıxıb və dəhşətli hadisə ilə bağlı hələ ki heç bir həbs həyata keçirilməyib.

 

Məlumata görə, Pakistanda ildə “ailə şərəfi”nə görə 1000 qadın öldürülür.  

 

(Visited 92 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir