Xoşbəxt evlilik ömrü uzadır

Niderlanlı alimlər ailənin ömür uzunluğuna təsirini öyrəniblər. Məlum olub ki, xoşbəxt ailə uzunömürlülüyə kömək edir.

 

Xoşbəxt evlilik

Medpress.az xarici mətbuata istinadən bildirir ki, alimlər artıq araşdırmalarını açıqlayıblar. Onlar işləri zamanı ümummilli reprezentativ sorğu zamanı əldə etdikləri informasiyanı təhlil ediblər. Bu sorğuda təxminən 4500 ərlə arvad iştirak edib, onların yaşları 50-ni keçmiş olub.

 

Araşdırma 8 il davam edib. Bu müddətdə ekspertlər sorğuda iştirak edənlərin məlumatlarını toplayıblar. Onlar həyatlarından razılıq dərəcəsi, tərəfdaşın dəstəyi, fiziki yüklənmənin varlığı və ya dövrülüyü maraqlandırıb. Alimlər həmçinin sorğu iştirakçılarının sağlamlıq vəziyyəti və müəyyən olunan xroniki xəstəliklərin sayını, yaşlarını, cinslərini, ailənin gəliri, təhsil və cütlüklərin etnik mənsubiyyətini də öyrəniblər.

 

Nəticədə araşdırma qrupu belə nəticəyə gəlib. Xoşbəxt ailə həyatı insanın ümumi sağlamlıq vəziyyətinə müəyyən qədər təsir göstərir. Nikahlıların dəstəyi və məhəbbət orqanizmin işinə müsbət təsir edir və ömrü uzadır.

 

(Visited 101 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir