Xəyanətkar kişini üzdən tanımaq olur, qadını isə yox…

Ərlərinə xəyanət edən qadınları zahiri görünüşlərinə görə hətta digər qadınlar belə ayırd edə bilməzlər. Lakin zərif cins xəyanətkar kişini üzündən asanlıqla tanıyır.

 

Medpress.az xəbər verir ki, Qərbi Avstraliya Universitetinin əməkdaşları bu yöndə nəticələri “Royal Society Open Science” jurnalında dərc olunan qeyri-adi tədqiqat aparıblar. Tədqiqatda göstərilir ki, poliqamlığa və xəyanətə meylli kişilərdə xarici görünüşün ümumi “arxetipik” cizgiləri müşahidə olunur. Qadınlarda isə belə əlamətlər tapmaq mümkün olmayıb.

 

Alimlər 1500 nəfərin iştirakı ilə eksperiment apararaq onlara 101-kişi, 88-i qadın olmaqla 189 nəfərin şəklini göstəriblər. Bundan əvvəlsə şəkillərdəki adamlarla onların partnyorlarına nə qədər sədaqətli olduqlarını müəyyənləşdirməyə imkan verən anketləşmə aparılıb.

 

Eksperimentin iştirakçılarından isə fotolarına baxaraq onların hər birinin sadiqlik potensialını dəyərləndirmək istənilib. Və çox maraqlı nəticə əldə edilib. Məlum olub ki, hər iki cinsin nümayəndələri kişilərin üzlərinə baxarkən aldatmaya və xəyanətə meylliliyi yüksək dəqiqliklə ayırd ediblər. Ancaq qadınlarda bu cəhətləri sifətlərinə baxaraq müəyyən edə bilməyiblər.

 

“Kişilər həmcinsləri arasında potensial xəyanətkarları tapa biliblər, amma qadınlar arasında belələrini üzə çıxarmaq hətta eksperimentin qadın iştirakçıları üçün də çox çətin olub”, -layihənin müəllifləri deyir.

 

Tədqiqatın nəticələrinə görə ekspertlər belə qənaətə gəliblər ki, xəyanətə meylli kişilər əsasən geniş alt çənələri, qabarıq qaş qövsləri, nazik dodaqları olan zahirən “brutal” görünüşlü kişilərdir.

 

Eksperimentin müəllifləri və iştirakçıları xəyanətkar qadınlar üçün ümumi üz cizgilərini heç cür müəyyən edə bilməyiblər.

 

 

 

 

(Visited 296 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir