Bakıda bir ildə 5 minə yaxın ailə dağılıb

2018-ci ildə Bakı şəhərində qeydə alınan ölüm, nikah və boşanmaların sayı açıqlanıb.

 

Medpress.az report-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  şəhər üzrə, ümumilikdə 13 117 ölüm qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.

 

Ötən ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 15 056 nikah və 4772 boşanma halı qeydə alınıb.

 

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 2,1 olub.

 

 

(Visited 58 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir