Ər içdiyi arağın butulkasını arvadının başında sındırdı – ŞƏMKİRDƏ

Şəmkir rayonunda 34 yaşlı qadını həyat yoldaşı döyərək ölümcül hala salıb.

 

Medpress.az-a “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyindən verilən məlumata görə, Şəmkir rayonu, Qaracəmirli kənd sakini, 34 yaşlı Gülnarə Kazımovanı evində həyat yoldaşı Z.Ataşov döyüb.

 

Hadisədən sonra qadının qohumları “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinə müraciət edib.

 

Məlumata görə, qadının həyat yoldaşı içki aludəçisi olub və onu içkdiyi spirtli içkinin şüşəsi ilə döyüb.

 

Yaxınlarının polisə müraciətindən sonra Z.Ataşov saxlanılıb, araşdırma aparılır.

 

 

(Visited 60 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir