Həkimə gedən qadına kişi olduğunu dedilər…

Çində həkimə müraciət edən qadın bioloji kişi olduğunu öyrənib.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, insident Xunan əyalətində qeydə alınıb. Naməlum qalmasını arzu edən 26 yaşlı çinli bir ildir ərə getsə də, hamilə qala bilməyib. O, ginekoloqun yanına gedib, həkim isə deyib ki, onu bioloji qadın adlandırmaq olmaz.

 

Çox güman ki, qadın androgenoma qarşı qeyri-həssaslıq sindromundan əziyyət çəkir. Bu zaman qadın görkəminə malik insanın inkişaf edən döşləri və uşaqlıq yolu olur, lakin onda uşaqlıq və yumurtalıqlar çatışmır. Orqanizmdə Y xromosomu olması səbəbindən belə insan bioloji kişi olur.

 

Belə insanlar özlərini qadın, kişi, yaxud intercinslə eyniləşdirə bilər. BMT-nin insan haqları üzrə Ali Komissarlığının müəyyən etdiyinə görə, interseksuallıq xromosomların və ya qeyri-standart cinsi əlamətlərin olması deməkdir.

 

BMT-nin təxmini hesablamasına görə, bu anatomik variasiyalarla 1,7 faiz uşaq doğulur.

 

(Visited 66 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir