Seksual həyatınızı məhv edən 4 qida

Balanlaşdırılmış qidalanma fəal cinsi həyat üçün vacibdir. Diyetoloq Liza Devis “Təmiz yemək, çirkli seks” (“Clean Eating, Dirty Sex”) kitabında seks və pəhriz arasındakı əlaqəni araşdırıb. Sizin seksual sağlamlığınızı nə məhv edə bilər?

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Devis istifadəsini olduqca arzuolunmaz hesab etdiyi 4 məhsulun adını sadalayıb.

 

Şərab

 

Populyar alkoqollu içki bizə elə gəlir ki, o qədər də zərərli deyil. Devis iddia edir ki, alkoqol qurutma doğurur və bu cinsi əlaqə zamanı qadın üçün çox yersiz ola bilər. Bundan başqa, spirtli içki kişilərdə testosteronun səviyyəsini azaldır ki, bu da ehtirasa mənfi təsir göstərə bilər.

 

Makaron məmulatları

 

Ağ un şəkər və insulinin səviyyəsini artırır, bu yumurtalıq kistasının inkişafına, həmçinin yumurtalıqların hormonal tarazlığın pozulmasına səbəb ola bilər. Bundan başqa, karbohidratların “dozasının” artıq edilməsi diabet və piylənmə ilə nəticələnə bilər. Bu isə öz növbəsində cinsi funksiyalar üçün mənfi təsirini göstərir.

 

Fastfud

 

Diyetoloq fastfudun tərkibindəki trans-yağların yüksək olmasına diqqət yetirməyə çağırır. Çünki trans-yağlar arteriyaları bağlayır və orqanizmdə azot oksidinin hazırlanmasına mane olur. Tələsik qidalanmaya həvəs tamamilə erektil fəaliyyətin pozulmasına səbəb ola bilər.  Bunun üstünə xoleterinin səviyyəsinin, ürək-damar xəstəlikləri riskinin artmasını da əlavə etsək, çox pis mənzərə alınacaq.

 

Şokoladlı tort

 

Şokoladı tez-tez afrodiziak (afrodiziak intim istək eşq həzzi deməkdir) adlandırırlar. Ancaq Devis onun ultra-işlənmiş, şirin növündən istifadədən imtina etməyə çağırır. Çünki şokoladdan istifadə diabetin inkişafına və kökəlməyə təsir edir, qan dövranına mənfi təsir göstərir. Ən yaxşısı tərkibinin 70 faizi kako olan qara şokolada üstünlük verməkdir. Əgər siz bir dilim şokoladlı tort yeməkdən imtina edə bilmirsinizsə, Devid burada ciddi problem görmür: bir  porsiya desertin orqanizmə ziyanı olmayacaq. Başlıcası – bunu yadda saxlamaqdır, bütün tədbirlərə riayət edilməlidir.

 

 

(Visited 505 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir