11 ayda Azərbaycanda 547 nəfər İİV-ə yoluxub

Bu ilin 11 ayında Azərbaycanda 547 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub. Onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) əcnəbi, 356-sı kişi, 173-ü iqadındır. İndiyədək İİV infeksiyasına yoluxduğu təsdiq olunan 6 111 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata alınıb. Onlardan 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

 

Medpress.az xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov 1 dekabr – Dünya QİÇS-lə Mübarizə Günü münasibətilə keçirilən mətbuat konfransda məlumat verib.

 

Mərkəz rəsmisinin sözlərinə görə, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İndiyə qədər İİV infeksiyasından dünyasını dəyişənlərin sayı 950 nəfərdir.

 

2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2%-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt, 1,8%-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməyib.

 

Direktorəvəzi qeyd edib ki, bu ilin 10 ayı ərzində nikaha daxil olmaq istəyən 128 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.

 

(Visited 35 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir