İki həkim futbolçunun ölümündə şübhəli bilinir

İtaliyada iki həkim “Fiorentina” futbol klubunun keçmiş kapitanı Davide Astorinin ölümündə şübhəli bilinir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, İtaliya millisinin keçmiş oyunçusu 2016 və 2017-ci illərdə bir sıra tibbi testdən keçirilib və onda ürəyi ilə bağlı ciddi problem aşkarlanıb.

 

Ancaq tibbi test keçirərək Astorinin elektrokardioqramını öyrənən hər iki həkim italiyalı müdafiəçiyə onun sağlam olması haqda arayış veriblər.

 

Xatırladaq ki, 31 yaşlı Astori 2018-ci il martın 4-də “Udineze” ilə oyun ərəfəsində mehmanxana nömrəsində vəfat edib.

 

(Visited 34 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir