Sarımsaq və bal qarışığının möcüzəvi faydaları

Sarımsaq və bal, iki super sağlam qida. Bu sarımsaq və bal cütlüyü bir araya gəldikdə bədənimizdə saysız faydaları olan möcüzəvi qidalar halına gəlir. Bu üsuldan ən yaxşı nəticəni almağınız üçün sarımsaq və balın keyfiyyətli olması çox əhəmiyyətlidir. Adətən, öz başına bir müalicə üsulu olan sarımsaq və bal qarışığını istifadə edərkən təbii ki, bunu sağlam həyat tərzi ilə də dəstəkləməlisiniz. Bəs sarımsaq və bal qarışığı nələrə faydalıdır? Nizamlı istifadə edilən sarımsaq və bal qidaları hansı xəstəliklərə faydalı olur?

 

Medpress.az xarici mətbuata istinadən möcüzəvi qarışıq sarımsaq və baın faydalarını təqdim edir. Sarımsaq dünya miqyasında mətbəxlərdə ən geniş istifadə edilən təbii qidalardan biridir. Bənzərsiz ətiri digər ədviyyatlarla harmoniya içindədir və yeməklərin dadını zənginləşdirir. Mətbəxdə möcüzələr yaratmağa yardımçı olan sarımsaq, müxtəlif xəstəliklərin müalicəsində də təsirlidir və yüz illərdir istifadə edilir. Qida mütəxəssisləri, bütün fəal komponentlərindən faydalanılması üçün sarımsağın çiy olaraq istifadəsini təklif edirlər. Bundan başqa, bal və sarımsaq ilə qarışıq hazırlayaraq sarımsaq yemək həm daha asan bir hala gətirə bilər, həm də təsirini artırar.

 

Bu yazımızda sizə 7 gün ərzində bal və sarımsaq yeməyin sağlamlığınız üzərindəki müsbət təsirlərindən bəhs edəcəyik.

 

1-ci.  Qan dövranı sisteminə yaxşı təsir edir

 

Sarımsağın tərkibindəki hidrogen-sulfid balın şəfalı xüsusiyyətləri ilə birləşərkən, qan dövran sisteminiz üçün çox faydalıdır. Bu ikisi birlikdə qanın laxtalanmasının qarşısını alır və damarları gücləndirərək, tromboz və çatlı damar əmələ gəlməsinin qarşısını alır.

 

2-ci. Təzyiqi salır

 

Yüksək təzyiq bütün ürək və damar sağlamlığınızı təhdid edən bir xəstəlikdir. Təzyiqinizi təbii üsullarla nəzarət altına almaq üçün hər gün ac qarınla sarımsaq və bal istifadə etməyə çalışın.

 

3-cü. Pis xolesterini nəzarət altına alır

 

Çiy sarımsağı əzəndə ortaya çıxan turşu, toplanmış xolesterini ataraq qan dövranınızı təmizləməyə kömək edir. Bundan başqa, triqliserid səviyyələrinin də sabit qalmasına yardımçı olur.

 

4-cü. İltihablanmanı azaldır

 

Görülən işlər bir çox xroniki narahatlığın, bədəndəki tarazlıqlardan qaynaqlanan iltihablanma üzündən ortaya çıxdığını göstərir. Həm sarımsaq, həm də bal iltihablanmaya qarşı mübarizə aparır və artrit, şiş və əzələ narahatlığı kimi hallara təsirli təbii ağrı kəsicidir.

 

5-ci. İmmunitet sistemini gücləndirir

 

Bal və sarımsağın antimikrobiyal və antifungal xüsusiyyətləri immunitet sisteminizi gücləndirməyə yardımçı olur. İkisi də bədəninizin viruslar, bakteriyalar və digər patogenlərə qarşı olan müdafiəsini artırır.

 

6-ci. Öskürəyə yaxşı təsir edir

 

Öskürəyin istər bakteryal infeksiya, istər virus nəticəsi olsun, bal və əzilmiş sarımsaqla hazırlayacağınız sadə bir qarışıq, öskürəyi müalicə edəcəkdir. Bu, həm hiss etdiyiniz narahatlığı azaldır, həm də bəlğəm gətirən təsiri vardır.

 

7-ci. Qrip və soyuqdəymədən sağalmağınızı sürətləndirir

 

Bütün soyuqdəymə və qrip simptomları bu qarışığın müntəzəm istifadə edilməsi ilə həll olunur. Bu qarışıq viruslarla müharibə etməyinizə yardımçı olur, tənəffüs yolunuzu qorumağa yardımçı olan antikorların istehsal edilməsini şərtləndirir.

 

Təbii bal və sarımsaq qarışığını için

 

Yuxarıda saydığımız səmərələrin hamısından istifadə edə bilmək üçün istifadə etdiyiniz sarımsaq və balın təbii olduğuna əmin olun. Mağzalarda ucuz bal tapa bilərsiniz,  ancaq bu ballar 100 faiz təbii deyil və ya şəkər əlavəsi vardır.

 

Materiallar

 

1 stəkan bal (335 qram)

 

10 diş sarımsaq

 

1 qapaqlı şüşə banka

 

Hazırlanması

 

Sarımsağı soyub, xırda-xırda doğrayın və ya əzin.

 

Balı şüşə bankaya qoyub üzərinə sarımsaqları əlavə edin.

 

Bankənin qapısını bağlayıb, 1 həftə boyunca qaranlıq bir yerdə gözlədin.

 

1 həftə sonra, sağlam, evdə hazırladığınız bir dərmanınız olacaq.

 

İstifadəsi

 

Səhərlər  yeməkdən əvvəl 1 qaşıq qarışığı istər olduğu kimi, istərsə də bir az ilıq suya əlavə edərək istifadə edin.

 

Bu qarışığı 7 gün ərzində hər səhər istifadə edin, 1-2 həftə ara verib yenidən 7 gün ərzində qəbul edin.

 

Şəkərlənməsini qarşısının almaq üçün qarışığı otaq temperaturunda mühafizə edin.

 

Unutmayın, bu qarışığın təsiri, gündəlik vərdişlərinə görə insandan insana fərqlənir. Əgər doymuş yağlar, şəkər və digər zərərli qidalarla qidalanmağa davam etsəniz, qarışığın çox bir təsiri olmayacaq.

 

(Visited 427 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir