İnsan sağlamlığı üçün bu il gözlənilən 10 təhlükə

Elm və tibb bu gün fəal inkişaf edir, ancaq insan sağlamlığına ciddi təhlükə törədə biləcək amillər də az deyil.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı 2019-cu ildə insanların sağlamlığı üçün gözlənilən 10 başlıca təhlükəni açıqlayıb.

 

1.  Havanın çirklənməsi

 

On nəfərdən doqquzu hər gün çirkli hava ilə nəfəs alır. Mütəxəssislərinproqnozuna görə, 2030-cu ildən bütün dünyada ekoloji uğursuzluqdan ortaya çıxan və iqlim dəyişikliyindən ölüm artımı başlayacaq – ildə ölüm sayı 250 min artacaq.

 

2. Qeyri-infeksion xəstəliklər

 

Diabet, xərçəng və ürək-damar xəstəlikləri – planetin əhalisi üçün digər ciddi təhlükədir – artıq bu gün bütün ölümlərin 70 faizi məhz bu xəstəliklər səbəbindəndir.  Bu xəstəliklərin inkişafına siqaret çəkmək, fiziki fəallığın olmaması, spirtli içki qəbulu və zərərli yeməklər kömək edir.

 

3. Qrip pandemiyası

 

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin sözlərinə görə, tez, yaxud gec qrip epidemiyası baş verə bilər və nəticədə bu planetdə milyonlarla insanın sağlamlığına təsir göstərəcək. Bu fikrin  həqiqətə yaxın olduğunu 114 ölkədə qrip virusunun monitoqrinin nəticələri də təsdiqləyir.

 

4. Ağır həyat tərzi

 

Hərbi münaqişələr, quraqlıq, aclıq, məcburi miqrasiya – bütün bunlar 1,6 milyard insanın (dünya əhalisinin 22 faizi) sağlamlığı üçün real təhlükədir.

 

5. Antibiotiklərə qarşı davamlılıq

 

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin sözlərinə görə,təhlükəli bakteriyaların antibiotiklərə müqaviməti bizi sətəlcəm, vərəm və salmonellanın müalicəsi üçün hələ dərman olmayan dövrə qaytara bilər. Artıq bu gün dərmanların gücsüz ola biləcəyi ştammamlara yoluxma riski var. Zaman keçdikcə bu risk artmağa başlayacaq.  Patogen mikroorqanizmlərin antibiotiklərə müqaviməti bu dərmanların düzgün qəbul edilməməsinə görə artacaq.

 

6. Viruslar

 

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, gərək birinci dərəcəli diqqət Ebola, Zika, atipik pnevmoniya və digət təhlükəli hərəkət gətirənlərlə mübarizəyə diqqət yetirilməlidir. 

 

7. HİV (SPİD)

 

HİV-infeksiya – 2019-cu ildə milyonlarla insanın sağlamlığına daha bir təhlükədir. Xəstələrin həyatını xilas etməklə və digərlərini yoluxmadan qorumaqla HİV-infeksiyasını nəzarətdə saxlamaq mümkün olsa da, ölkələrin çoxunda resurslar və öz vətəndaşlarını belə müalicə ilə təmin etmək istəyi çatışmır.

 

AİDS ildə təxminən milyon insanı öldürür. Epidemiya başlayandan HİV-infeksiyasına 70 milyon insan yoluxub, 35 milyonu AİDS-dən ölüb. İndi HİV-lə yaşayan 37 milyon insan var.

 

8. Peyvəndləşdirmədən imtina

 

Peyvəndləşdirmə bu gün yoluxucu xəstəliklərdən müdafiənin ən effektli üsullarından biri hesab edilir. Peyvəndləşdirmə eləcə də xəstəliklərin profilaktikasının ən effektli iqtisadi vasitəsi sayılır, üstəlik ildə 2-3 milyon ölümün qarşısını alır. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, əgər qlobal peyvəndləşmə vərdişi yaxşılaşarsa, daha 1,5 milyon ölümdən yayınmaq olardı. Peyvəndləşdirmə ərəfəsi qorxu və ondan imtina bəşəriyyətə ciddi təhlükə yaradır.

 

9. Denqe qızdırması

 

Denqe qızdırması yoluxanların 20 faizə qədərini öldürə bilər və o hələ də dünya üçün təhlükə yaradır. Banqladeş və Hindistan kimi ölkələrdə insanların çoxu yağış mövsümündə xəstələnir. Dünya əhalisinin 40 faizi denqe qızdırmasından xəstələnmək riskinə məruz qalır və 390 milyona yaxın insan hər il ona tutulur.

 

10. İlkin tibbi yardım sisteminin zəifliyi

 

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, ilkin tibbi-sanitar yardım da bəşəriyyət üçün ciddi təhlükə yarada bilər. Axı məhz ilkin tibbi yardım həlqəsi bir çox xəstəliklərin diaqnostikası və profilaktikasına vaxtında cavab verir.

 

 

(Visited 108 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir