Siqaret çəkənlər iki dəfə tez qocalır – ARAŞDIRMA

Siqaret çəkən insanlar çəkməyənlərdən iki dəfə tez qocalır. Bu nəticəyə süni intellektin və kompüter təhsili köməyi ilə qocalma və “ölməzlik” üçün dərman hazırlanması üzrə istisaslaşan Insilico Medicine şirkətinin mütəxəssisləri gəliblər.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlər 49 mini siqaret çəkən 149 min yaşlı insanın qanından nümunələri öyrəniblər.  Könüllülərin fiziki sağlamlığını kompleks araşdırmasını aparmaqla belə nəticəyə gəlibər ki, 20 və 30 yaşlı siqaret çəkənlərin bədənləri eynən qocalarınkı kimi olub: tütündən asılı könüllülərin orta hesabla bioloji yaşı onların bioloji yaşından iki dəfə böyük olub.

 

Bu alimlərə  proqnozlaşdırmaq, sonra sübut etməyə inkan verib. Bu zaman siqaret çəkməyən insanların 62 faizinin bioloji yaşı da düzgün proqnozlaşdırılıb.

 

Tədqiqarçılar onu da qeyd ediblər ki, qadınlar siqaret çəkmək səbəbindən daha güclü yaş dəyişikliyinə meyllidir.

 

 

 

(Visited 124 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir