Həftə sonu çox yatmaq zərərlidir – XƏBƏRDARLIQ

Həftə sonu çox yatmaq orqanizmə müntəzəm yuxusuzluqdan daha təhlükəlidir. Bu haqda Kolorado Universitetindən olan alimlərin araşdırmasında qeyd edilir.  

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, eksperiment iştirakçıları 3 qrupa bölünüblər. Birinci qrupda sınağa çəkilənlər sutkada 9 saat, ikincidəkilər 5 saat, üçüncü qrupda olanlar həftə içərisində kifayət qədər yuxulamayıblar, ancaq həftə sonu kifayət qədər yatmaq imkanları olub.

 

Nəticədə üçüncü qrupdakı könüllülərdə sağlamlıqla bağlı bəzi problemlər yaranıb. Belə ki, onlarda ikinci qrupdakı könüllülərlə müqayisədə insulinə həssaslıq aşağı düşüb və bu da diabetin inkişafı riskini artırır. Bundan başqa, uzunmüddətli yuxu qaraciyər hüceyrələri və əzələlərə mənfi təsir göstərib.

 

Alimlərin fikrincə, iş günlərində kifayət qədər yuxulamamaq və və istirahət günlərində həddindən çox yatmaq nəticəsində təbii sirkadiyalı ritmlərin daha tez pozulması baş verir, bu da bioloji saat ilə əlaqəlidir.

 

 

 

(Visited 68 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir