Həkimlərin səhvinə görə qadın əkizlərini itirdi

Türkiyə həkimləri hamilə qadını xərçəng xəstəliyindən müalicə ediblər: onlar dölü bədxassəli şişlə səhv salıblar. Həkimlərin səhlənkarlığı səbəbindən 35 yaşlı Serpil Baqi zərər çəkib.

 

Medpress.az Türkiyə mediasına istinadən bildirir ki, qadın 2018-ci ildə yumurtalıqlarından birindəki şişin götürülməsi ilə bağlı əməliyyat keçirib. Üstündən bir neçə ay keçəndən sonra qadında hamiləliyə cavab verən hormon artıb.

 

Ancaq bu hormon ölümcül xərçəng inkişafı zamanı böyük miqdarda istehsal olunur. Müayinə zamanı qadının yumurtalığında 12 və 19 santimetr uzunluğunda iki şiş aşkarlanıb.

 

Həkimlər əməliyyat keçirməyi düşünüblər, lakin gözlənilmədən xəstədə uşaq salma baş verib. Məlum olub ki, qadın əkizlərə hamilə qalıb. Kimya terapiyasına görə döllər yaşamayıb. Qadın və həyat yoldaşı həkimlərin səhlənkarlığını sübut etmək niyyətindədir.

 

(Visited 82 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir