İntim qabiliyyəti artırmaq üçün bunları etmək lazımdır

İrimiqyaslı araşdırma göstərib ki, ikinci tip diabet kişilərdə iqtidarsızlığın (impotensiya) səbəbidir. Ancaq alimlər müəyyənləşdiriblər ki, diabetin etibarlı profilaktikası vasitəsi var.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Britaniyanın Eksetera və Oksford universitetlərinin tədqiqatçıları sübut ediblər ki, diabet iqtidarsızlıq riskini xeyli artırır. Məlum olub ki, ikinci tip diabet özü sərtləşmənin pozulmasına səbəb olur. Güclü cinsin 220 mindən çox nümayəndəsindən toplanan informasiya göstərib ki, ikinci tip diabetə qarşı genetik meyl fəaliyyətin pozulması ilə bağlıdır. Ancaq bu metaanalizin müəllifləri qeyd edirlər ki, hansısa insanın diabetə genetik meylliyinin olması onun taleyi deyil və ondan yayınmaq da mümkünsüzdür.

 

Başqa sözlə, əgər kişi öz həyat tərzini düzəldərsə, daha doğrusu, fiziki yüklənməsinə və normal qidalanmasına daha çox diqqət yetirərsə, o, diabetə yoluxmadan yayınar və intim həyat qabiliyyətini artıra bilər. Bundan başqa, tədqiqatçıların fikrincə, zaman keçdikcə şəkərli diabet dərmanları həm də iqtidarsızlığın profilaktikası vasitəsi kimi istifadə oluna bilər. Statistika göstərir ki, erektil disfunksiya yaşı 60-dan yuxarı olan kişilərin ən azı 20 faizində müşahidə edilir, ancaq son zamana qədər onun səbəbi barədə elmə az şey məlum olub. İndisə sübut olunub ki, onun irsi mənşəyi var.

 

Əgər kişi sağlam həyat tərzi sürürsə, bu onun təkcə diabet riskini yox, həm də iqtidarsızlıqla üzləşmə tıhlükəsini azaldır.

 

Tədqiqatçıların fikrincə, yaşı 40-dan yuxarı olan kişilərin hamısında ereksiya müşahidə olunursa, iqtidarsızlıqdan bütün yaşlarda əziyyət çəkilməsi müşahidə olunur. Bu, adətən yorğunluq, stress, həyəcanlı vəziyyət, spirtli içkilərlə bağlıdır, yaxud daha ciddi tibbi problemin –  məsələn, qan təzyiqinin artması, xolesterin, dərmanların əks təsiri və hormonların pozulmasının əlamətidir. İqtidarsızlıq riskinə həyat tərzi – piylənmə, siqaret çəkmək, hətta həddindən artıq velosiped sürmək də təsir göstərən amillərdəndir.

 

 

(Visited 345 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir