Azərbaycanda sosial müavinətlər elektron qaydada təyin olunacaq – AÇIQLAMA

Sosial müavinətlərin elektronlaşdırılması istiqamətində iş aparılır.

 

Medpress.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun bildirdiyinə görə, 2019-cu il ərzində bu sahədə elektronlaşdırmanı yekunlaşdırmağı nəzərdə tuturlar: “Məqsədimiz elektron sosial müavinət təyinatına keçməkdir. Burada ən vacib məqam bu günə sosial müavinət alan 500 min şəxsin, eyni zamanda ildə orta hesabla sosial müavinət sisteminə gedəcək 10-15 min şəxsin məlumatlarının inventarlaşdırılmasıdır. Düşünürük ki, bu il ərzində bunu başa çatdıracağıq”.

 

 

(Visited 53 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir